Şəhriyar və Fidan Qurbanovlar İkisinin də fərqli istedadları var idi - Baba və nənəsi eyni vaxtda şəhid olan Şəhriyar və Fidan
GƏNCƏ Gəncənin atəşə tutması nəticədə ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
BƏRDƏ Bərdə rayonunda törədilən terrorlar nəticəsində 29 nəfər həyatını itirib, 108 nəfər yaralanıb. Bundan əlavə rayonun təsərrüfatına, yaşayış binalarına ciddi ziyan dəyib.
TƏRTƏR Tərtərin bombalaması nəticəsində 17 mülki şəxs həlak olub, 60-dan çox insan isə yaralandı. Minlərlə rayon sakini evlərini tərk edərək qonşu rayonlara köçməyə məbur olub.
AĞCABƏDİ Ağcabədi rayonunu mütəmadi olaraq müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutmaqda davam edib.
AĞDAM Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.
BEYLƏQAN Beyləqan şəhərinin raket atəşinə tutması nəticəsində 9 ev dağılıb, 50-dən çox tikiliyə zərər dəyib.
FÜZULİ İşğalçı ölkənin silahlı qüvvələri Füzuli rayonunu raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
GORANBOY Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Goranboy rayonunu mütəmadi olaraq müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutmaqda davam edib.
MİNGƏÇEVİR Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan şəhərlərimizdən biri də cəbhə bölgəsindən xeyli aralı yerləşən Mingəçevir şəhəridir.
NAFTALAN Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Naftalan rayonudur.